20:00
![İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib](https://static.president.az/upload/960x572/2025/02/07/0228110323606baef69f58dd6f13e0c5_3600695.jpg)
Prezident İlham Əliyev “Total” şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Maykl Borrellin başçılıq etdiyi “Total” şirkətinin nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Dövlət başçısı ölkəmizdə yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur.
Dövlət başçısı uzun illərdir Fransanın “Total” şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğuladı.
“Total” şirkətinin baş vitse-prezidenti Mayk Borrell “Abşeron” blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirdi. Maykl Borrell “Total” şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyini dedi. O, “Abşeron” yatağında “Total” şirkətinin həyata keçirdiyi işlər barədə dövlət başçısına ətraflı məlumat verdi. Maykl Borrell Fransanın “Total” şirkətinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Abşeron” blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verdi.
Prezident İlham Əliyev “Abşeron” blokunda iri qaz yatağının kəşfi münasibətilə xalqımızı, bu layihənin reallaşmasında iştirak edən insanları təbrik etdi və yeni-yeni uğurlar arzuladı. Dövlət başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqımızın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğuladı.
Sonra Prezident İlham Əliyev “Abşeron” blokunda yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22