İlham Əliyev Albaniya parlamentinin sədrini qəbul etmişdir

29 iyun 2010, 15:10
İlham Əliyev Albaniya parlamentinin sədrini qəbul etmişdir

Prezident İlham Əliyev Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkəmizə səfəri zamanı Azərbaycanda əldəedilən nailiyyətlərin vəsürətli inkişaf prosesinin şahidi olduğunu deyən Albaniya parlamentinin sədri bu münasibətlə dövlətimizin başçısını təbrik etmişdir. Jozefina Topalli ölkəsinin Azərbaycan ilə siyasi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. O, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu demişdir. Qonaq parlamentlərarası əməkdaşlığın genişləndirilməsini ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin vacibliyini qeyd etmiş, siyasi, iqtisadi, mədəni sahələrdə, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin perspektivlərinin müzakirə edilməsi baxımından Albaniya parlamenti sədrinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev hökumət və parlament üzvləri arasında əlaqələrin qurulmasının önəmli olduğunu bildirmişdir.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10