İlham Əliyev Fransanın GDF SUEZ şirkətinin prezidentini qəbul etmişdir

29 iyun 2010, 15:40
İlham Əliyev Fransanın GDF SUEZ şirkətinin prezidentini qəbul etmişdir

Prezident İlham Əliyev Fransanın GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Jan-Fransua Sirelli Azərbaycanda gördüyü inkişaf proseslərinin, ölkəmizdəki firavanlığın və sabitliyin onlarda çox böyük təəssürat yaratdığını bildirmişdir. Təmsil etdiyi şirkətin Avropada fəaliyyətindən danışan qonaq Azərbaycan ilə qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.

Dövlət başçısı GDF SUEZ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızla bağlı məsələlərin səmərəli şəkildə müzakirəsi üçün yaxşı imkan yaratdığını demişdir.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10