İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktorunu qəbul etmişdir

29 iyun 2010, 16:10
İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Kandeh Yumkella bildirmişdir ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti və hökumət üzvləri ilə rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edilməsindən ibarətdir. O, qeyd etmişdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda böyük inkişafa nail olunmuşdur və BMT-nin Sənayenin İnkişafı Təşkilatı Azərbaycan ilə bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.

Dövlət başçısı Azərbaycanın bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayaraq, qeyri-neft sektorunun ölkəmiz üçün prioritet sahə olduğunu qeyd etmişdir. 2013-cü ilədək Azərbaycanda ikinci regional inkişaf proqramının həyata keçiriləcəyini qeyd edən Prezident İlham Əliyev bunun çox mühüm infrastruktur layihələrinin reallaşdırılması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etmişdir. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sənayenin İnkişafı Təşkilatı ilə əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10