Azərbaycan və Monteneqro prezidentlərinin mətbuat üçün bəyanatları

16 sentyabr 2011, 13:00

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident! Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, əlaqələrimizin tarixində ilk rəsmi səfərdir və mən çox şadam ki, səfər çox uğurlu keçir. Bu gün keçirdiyimiz danışıqlar bir daha göstərmişdir ki, hər iki tərəf ikitərəfli əlaqələrin inkişafı üçün səylərini göstərməkdədir.

Deyə bilərəm ki, qısa müddət ərzində ölkələrimiz arasında çox sıx əməkdaşlıq yaranmışdır. Siyasi əlaqələrimiz inkişaf edir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri bir daha onu göstərir ki, siyasi sahədə aramızda heç bir problem yoxdur. Əksinə əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək vardır.

Əlbəttə, iqtisadi sahə də ikitərəfli əlaqələrin inkişafı üçün çox vacib əhəmiyyət kəsb edir. Bu gün biz bu məsələ ilə bağlı kifayət qədər geniş fikir mübadiləsi aparmışıq. Bu gün imzalanmış sənədlər, o cümlədən iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrini əhatə edir. Hesab edirəm ki, iqtisadi sahədə əməkdaşlığımızın başlaması üçün məhz investisiya və iqtisadi inkişaf məsələləri ön planda olmalıdır. Eyni zamanda, ölkənizin turizm infrastrukturuna Azərbaycan şirkətlərinin böyük marağı vardır. Azərbaycanın nümayəndə heyəti bir müddət əvvəl ölkənizi ziyarət etmiş və çox gözəl təəssüratlarla qayıtmışdır. Ona görə hesab edirəm ki, ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Əminəm ki, yaxın zamanlarda biz bu əməkdaşlığın çox gözəl nəticələrini görəcəyik.

Əməkdaşlıq üçün maraq doğuran digər sahələr də mövcuddur. Onların arasında nəqliyyat və energetika sahələrini qeyd edə bilərəm. Bu sahələrdə də təcrübə mübadiləsi aparıla bilər. Biz Azərbaycanın həyata keçirdiyi çox böyük energetika və nəqliyyat layihələrində də səmərəli şəkildə əməkdaşlıq edə bilərik.

Eyni zamanda, bu gün biz regional əməkdaşlıq məsələlərinə də toxunduq. Bu məsələ ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Mən hesab edirəm ki, Balkan regionu ilə bizim region arasında əlaqələr daha da sıx olmalıdır. Hər halda Azərbaycan öz tərəfindən çalışır ki, regionlarımızın əlaqələri daha da sıx olsun, əməkdaşlıq daha da güclü olsun. İrəli sürdüyümüz təşəbbüslər, ölkənizlə və Sizin qonşu ölkələrlə əlaqələrimiz onu göstərir ki, biz Sizin regionunuza çox böyük maraq və diqqət göstəririk.

Bu gün biz, eyni zamanda, regional məsələlər və təhlükəsizlik məsələlərinə də toxunduq. Mən bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikrimi Sizə bildirdim. Məsələnin tarixi ilə bağlı Sizə öz sözlərimi dedim. Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək və beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar. Bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və məsələnin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır.

Biz bu gün, eyni zamanda, Avratlantik strukturlar ilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq. Bir daha qeyd etmək istəyirəm ki, Monteneqronun qısa müddət ərzində həm NATO, həm Avropa İttifaqı ilə yaradılmış əlaqələri və inteqrasiya prosesləri böyük qiymətə malikdir. Mən Sizə söylədim ki, yəqin, dünya tarixində bu, rekord göstəricidir ki, Sizin ölkəniz qısa müddət ərzində hər iki təşkilatla çox yüksək səviyyəli əməkdaşlıq qura bilmişdir. Sizin inteqrasiya perspektivləriniz də çox müsbətdir.

Mən, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Mən çox şadam ki, bizim şəxsi münasibətlərimiz də çox tez bir zamanda qurulubdur. Deyə bilərəm ki, bizi dostluq münasibətləri də bağlayır. Sizin səfəriniz həm ikitərəfli əlaqələrimiz üçün çox vacibdir, eyni zamanda, ölkəmizlə tanışlıq imkanlarını da yaradır. Əminəm ki, Siz vətəninizə Azərbaycanla bağlı xoş təəssüratlarla dönəcəksiniz! Sağ olun!

Monteneqro Prezidenti Filip Vuyanoviçin bəyanatı

Hörmətli cənab Prezident Əliyev!

Cənab nazirlər!

Fürsətdən istifadə edərək mən cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm ki, bu gün biz Sizin ölkənizdə səfərdəyik. Aramızda çox səmimi və dost söhbəti oldu.

Azərbaycanın iqtisadi göstəriciləri və dinamik inkişafı bizi bu gün çox sevindirir. Biz bu gün bunun şahidi oluruq və əminəm ki, Azərbaycanın sürətli inkişafı bundan sonra da davam edəcəkdir. Bu isə Azərbaycan vətəndaşlarının firavan ölkədə yaşamasını təmin edəcəkdir.

Eyni zamanda, buradan mən bütün Azərbaycan vətəndaşlarına da ehtiramımı bildirmək istərdim ki, onlar da ölkənin inkişafına öz müsbət töhfələrini verirlər.

Zənnimcə, ölkələrimiz sıx təmasların qurulması istiqamətində zəruri addımları artıq atmışlar. Nazirlər bundan əvvəl səfərlər həyata keçiriblər. Bu gün biz 4 mühüm saziş imzalamışıq. İkisi iqtisadiyyat, biri mədəniyyət, digəri isə turizm sahələrini əhatə edir. Zənnimcə, mahiyyət etibarilə bunlar çox mühüm sazişlərdir. Bu da bizim gələcək əlaqələrimizin inkişafına və daha yüksəklərə qaldırılmasına xidmət edəcəkdir.

Çox xoşdur ki, Azərbaycanın sərmayə strukturları bizim ölkəyə maraq göstərir. Biz də öz növbəmizdə sərmayələrin qoyuluşu istiqamətində bütün zəruri tədbirləri görməyə hazırıq. Biz artıq tenderlərə başlamışıq. Bizim hava yolu və limanla bağlı layihələrimiz vardır. Biz inanırıq ki, Azərbaycan şirkətləri də bu tenderlərdə iştirak edəcək və bizim ölkəyə sərmayə qoymaq arzusunda olacaqlar.

Mən bir daha sevinirəm ki, münasibətlərimiz artıq mövcuddur. Azərbaycan-Monteneqro Mədəniyyət Dərnəyi artıq fəaliyyətdədir. Monteneqroda Azərbaycan rəssamlarının əsərlərinin sərgisi artıq təşkil edilmişdir. Yenə də sevindirici haldır ki, mədəniyyət sahəsində imzalanmış Saziş əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəkdir. Bu mədəni əlaqələrin gücləndirilməsində bir növ körpü rolunu oynayacaqdır.

Biz BMT-nin və Avropa İttifaqının mövqeyinə də şərik çıxırıq. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar bu problemin mahiyyətinə bələddir və müvafiq qətnamələrin də dəstəklənməsi çox vacibdir. Onların həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir.

Biz çox sevinirik ki, Azərbaycanın “Şərq tərəfdaşlığı” çərçivəsində həyata keçirdiyi fəaliyyəti də təqdirəlayiqdir.

Eyni zamanda, biz sülhməramlı missiyaların həyata keçirilməsində də çiyin-çiyinə çalışmışıq. Bizim ölkənin NATO–ya sıx inteqrasiyasında da Azərbaycanın dəstəyini hiss etmişik. Bakıya səfərim məndə çox gözəl təəssüratlar yaradır və əminəm ki, bu, bizim əlaqələrin yeni mərhələsinə qədəm qoyulması deməkdir. Bu, bir daha bizim ölkələrin yaxınlığını sübut edir və əlaqələrimiz də xalqlarımızın maraqları naminə inkişaf edəcəkdir.

Bir daha, cənab Prezident, səmimi qəlbdən Sizə minnətdarlığımı bildirirəm ki, biz Sizin ölkədə dostcasına qəbul edilmişik. Bizim aramızda yaranmış dost münasibətlərimiz ölkələrimizin və xalqlarımızın firavanlığı naminə inkişaf edəcəkdir. Xalqlarımız arasında bir çox oxşarlıq vardır. Tariximizdə oxşarlıq vardır. Müstəqillik uğrunda mübarizəmiz çox bənzər olmuşdur.

Bir daha, cənab Prezident, Sizə bu fürsətə görə təşəkkür edirəm! Minnətdaram Sizə!

SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:20
Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət...

19 dekabr 2024, 17:20
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:18
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük...

19 dekabr 2024, 17:18
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:16
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,...

19 dekabr 2024, 17:16
SƏNƏDLƏR Qanunlar 19 dekabr 2024
17:14
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu...

19 dekabr 2024, 17:14
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00