13 fevral 2019, 18:30

Rəşid Gidayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli Mehriban xanım,

Oğlum Əkrəm 2018-ci il iyunun 13-də ürək çatışmazlığı diaqnozu ilə doğulub. Onun yaşaması üçün ürəyindən mütləq əməliyyat olunmalı idi. Həmin əməliyyatın keçirilməsi üçün mənim və yaxınlarımın maddi imkanı yox idi. Başqa ümid yerimiz olmadığı üçün Sizə müraciət etdim. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun maddi dəstəyi ilə oğlum Əkrəm 2018-ci il noyabrın 27-də Bakıdakı klinikaların birində əməliyyat olundu. Hazırda vəziyyəti yaxşıdır.

Hörmətli Mehriban xanım, Sizin xeyirxah addımınız sayəsində övladım yenidən həyata qaytarıldı, onun yaşamasına Allahın izni ilə Siz dəstək oldunuz. Bütün ailəmiz ömür boyu Sizə minnətdar olacaqdır.

Kəndimizin bütün camaatı möhtərəm Prezidentimizin və Sizin fəaliyyətinizi tam dəstəkləyir. Sizin Azərbaycan xalqı və dövləti üçün etdikləriniz göz önündədir və əvəzolunmazdır. Sizə bu çətin və şərəfli işdə uğurlar arzu edirik. Sizə və ailənizə Allahdan cansağlığı diləyirik. Hər zaman var olun!

Hörmətlə,

Rəşid Gidayev

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Mollaisaxlı kəndi.