İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

20 fevral 2019, 12:40
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd etdi.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğuladı. O, Avropa İttifaqının əsas maliyyə strukturu olan bu bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd etdi. Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə etdi.

Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50