İlham Əliyev Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib

15 mart 2019, 12:35
İlham Əliyev Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirdi. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd etdi və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu dedi. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirdi və eyni zamanda, bildirdi ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olundu.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49