16 aprel 2019, 12:50

F.Məmmədov və başqalarından, Göyçay, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Bu məktubu yazmaqda məqsədimiz uşaqlarımızın gələcəyi naminə etdiyiniz əvəzsiz xeyirxahlığınıza görə Sizə təşəkkürümüzü və dərin minnətdarlığımızı bildirməkdir.

Yaşadığımız, sakinləri olduğumuz Alpout Göyçay rayonunun ən ucqar kəndidir. Cənab Prezidentimiz İlham Əliyevin sosial siyasətinin əyani nümunəsidir ki, kəndimiz işıq, su, qaz kimi həyati əhəmiyyətli resurslarla tam təmin olunub, kəndimizi rayon mərkəzi ilə birləşdirən yol yenidən asfaltlanıb, əhalinin güzəranına birbaşa təsir göstərən digər zəruri işlər görülüb. Ən son tədbirlərdən biri də prezidenti olduğunuz Heydər Əliyev Fondu tərəfindən kəndimizdə müasir tələbələrə cavab verən 40 yerlik yeni uşaq bağçasının inşa edilməsidir.

Hörmətli Mehriban xanım, bizə göstərdiyiniz bu qayğıya və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Dövlətimizin başçısını və Sizi əmin edirik ki, respublikamızın hərtərəfli inkişafı üçün üzərimizə düşən vəzifəni tam ciddi və qətiyyətlə yerinə yetirəcək, ölkə rəhbərliyinin bütün xarici və daxili siyasətinin yorulmaz dəstəkçiləri olacağıq.

Hörmətlə,

Məmmədov F

Məmmədov İ

Mikayılova T

Hüseynov X

Mikayılov A

Hüseynova S

Əliyev Y

Yusifova T

İbrahimov Q

Cəfərov A.

Azərbaycan Respublikası, Göyçay rayonu, Alpout kəndi.