İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

24 aprel 2019, 10:40
İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində "ZTE" Korporasiyasının sədri Li Cisue ilə görüşüb.

"ZTE" Korporasiyasının sədri Li Cisue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Cisue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi.

Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50