İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib

06 may 2019, 10:40
İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlətimizin başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə etdi.

Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov bu ilin birinci rübündə daşımaların həcminin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daim dəstək verməsinin böyük önəm daşıdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49