Azərbaycan və Avstriya prezidentlərinin mətbuat üçün bəyanatları

12 oktyabr 2011, 13:30

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, mən Sizi Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, əlaqələrimizin tarixində Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir. Mən çox şadam ki, səfər çox uğurlu keçir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaqdır.

Bu gün biz Sizinlə ikitərəfli əlaqələrimizin geniş gündəliyini müzakirə etdik. Bu müzakirə göstərir ki, Avstriya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Siyasi əlaqələr güclənir və Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr, müxtəlif səviyyələrdə əməkdaşlıq aparılır. Bir sözlə, siyasi əlaqələrin yüksək səviyyədə olması, əlbəttə ki, bütün başqa sahələrdə əlaqələrin inkişafına güclü təkan verir.

Bu gün biz Sizinlə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə də toxunduq. Regional təhlükəsizlik məsələləri də bizim üçün çox vacibdir. Mən Sizə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, son vəziyyətlə bağlı məlumat verdim. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi ümid edir ki, yaxın zamanlarda münaqişə öz həllini tapacaq və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür. Bir milyona yaxın azərbaycanlı doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çox vacib qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Onlar Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul etmişlər. Ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Biz bu gün, eyni zamanda, iqtisadi məsələlərə də toxunduq. Bu sahədə də əməkdaşlıq çox uğurludur. Azərbaycanda qırx Avstriya şirkəti fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Biz bu fəaliyyətdən çox razıyıq. Bu gün keçiriləcək Avstriya-Azərbaycan biznes forumu da bu sahədəki əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Mən buna şübhə etmirəm. Avstriya şirkətləri burada müxtəlif layihələrdə iştirak edir və Azərbaycan tərəfi də bu iştirakdan çox razıdır.

Biz bu gün enerji sahəsindəki əməkdaşlığa da toxunduq. Bu sahədə də yaxşı nəticələr vardır. İmzalanan sənədlərin sırasında OMV və SOCAR arasında sənəd xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan enerji siyasətini uğurla icra edir. Bizim zəngin neft və qaz yataqlarımız həm ölkənin, həm də tərəfdaşların enerji təhlükəsizliyinə xidmət göstərir.

Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə çox vacib bəyannamə qəbul edilmişdir. Bu bəyannamənin icrası nəticəsində Avropa qitəsi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üçün yaxşı şərait və imkanlar yaradılacaqdır. Bizim zəngin qaz yataqlarımız vardır. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaqdır. “Cənub” qaz dəhlizi layihəsinin icrası üçün hazırda çox gözəl imkanlar vardır. Birinci növbədə, mənbə - Azərbaycanın qaz resursları, ikinci tərəfdən, Avropa qurumlarının bu məsələyə olan diqqəti yüksək səviyyədədir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gündəliyində bu məsələ xüsusi yer tutur. Ümid edirəm ki, yaxın zamanlarda bütün qalan məsələlər, o cümlədən tranzit məsələləri həllini tapacaqdır. Beləliklə, Azərbaycan qazı üçün yeni böyük bazarlar açılacaqdır.

Mədəniyyət sahəsində də əməkdaşlıq çox gözəldir. Bu gün bu sahə ilə bağlı çox gözəl tədbir də keçiriləcəkdir. Dünya şöhrətli bəstəkar Motsartın Bakıda abidəsi ucaldılacaq. Bu da həm mədəniyyət sahəsində əməkdaşlığa yaxşı təsir göstərəcək və xalqlar arasında olan əlaqələrə də çox böyük töhfə olacaqdır.

Bir sözlə, cənab Prezident, Sizin səfəriniz Avstriya-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə və nümayəndə heyətinizə bu səfər zamanı Azərbaycanda xoş əhval-ruhiyyə arzulayıram.

Prezident Haynts Fişerin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Mən də əvvəlcə Sizə bu qonaqpərvərliyə, xüsusilə dəvətə görə bir daha təşəkkür etmək istəyirəm. Məni bu səfərimdə hökumətin çoxsaylı üzvləri müşayiət edir. Mən böyük nümayəndə heyəti ilə gəlmişəm. Elm adamları nümayəndə heyətinin tərkibindədir. Bu, onu göstərir ki, biz Sizin ölkənizlə münasibətlərimizə böyük diqqət yetiririk və münasibətlərin inkişafı bizim də marağımızdadır. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Açıq, maraqlı fikir mübadiləsinə görə Sizə yenə təşəkkür etmək istəyirəm. Siz bu şəraiti yaratmısınız, biz həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə və həmçinin, üzbəüz, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar apardıq.

Mən bu fürsətdən istifadə edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Sizi təbrik edirəm. Oktyabrın 18-də Siz bu yubileyi qeyd edəcəksiniz. Mən əminəm ki, hər bir müşahidəçi, ölkənizə gələn hər bir qonaq Sizin xüsusilə son 10 ildə əldə etdiyiniz uğurların şahidi olacaqdır. Bunları açıq-aşkar görmək mümkündür. Bu uğurları Bakıda gəzərkən aydınca görürsən. Bu dinamik inkişaf göz qabağındadır. Səfər müddətində də bizə göstərildi, izah olundu.

Avstriya həmin ölkələrdəndir ki, ilk olaraq sizinlə diplomatik münasibətlər yaratdı, Sizin ölkəni tanıdı. Müstəqillik yolu - bu 20 illik yol, eyni zamanda, bizim diplomatik münasibətlərin də 20 ili deməkdir. Bu son illərdə biz müəyyən uğurlar əldə etmişdik.

İqtisadi mövzular Sizin də qeyd etdiyiniz kimi, bizim danışıqların ön planında dayanmışdır. Bu, təkcə ikitərəfli deyil, həm də Avropa ilə bizim münasibətlərə dair mövzulara aid idi. Məsələn, “Nabukko”. Biz bu layihədə həm Avropa İttifaqının, həm də Avstriyanın vacib maraqlarının, mövqelərimizin ifadəsini görürük.

Biz əmin olmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Sizinlə etibarlı əməkdaşlıq burada öz töhfəsini verir və müxtəlif sahələri əhatə edir. Müxtəlif layihələrin həyata keçirilməsi bu sahədə gözəl bazadır. Sizinlə söhbətin gedişində də bir daha məlum oldu ki, Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir. Sizin bu barədə fikirlərinizi biz çox əhəmiyyətli hesab edirik və düzgün interpretasiya etmək istəyirik. “Nabukko” bu əməkdaşlıqda yeganə layihə deyildir. Biz bir sıra firmalarla əməkdaşlığın şahidiyik və onları sadalamağa ehtiyac yoxdur. Amma qeyd etməliyəm ki, onların fəaliyyətinə siz dəstək verirsiniz. Xüsusilə tikinti, küçəsalma və texnoloji sahələrdə gözəl əməkdaşlıq özünü göstərir. Səhiyyə, sağlamlıq, infrastruktur və idarəçilik sahələrində olan əməkdaşlıq da yüksək səviyyədədir. Bunlar hamısı o mövzulardır ki, biz Sizinlə fikir mübadiləsi apardıq və Sizinlə gözəl əməkdaşlıq özünü göstərir.

Verdiyiniz məlumatlara, Sizin nöqteyi-nəzərinizə görə Sizə bir daha təşəkkür edirəm.

Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bütün iştirakçılara müraciət edirik ki, danışıqlar aparmağa hazır olsunlar, danışıqlar stoluna qayıtsınlar. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar da yaxşı iradə göstərsinlər, münaqişə həllini tapsın.

Biz insan hüquqları, mətbuat azadlığı barədə də danışdıq. Mən bu barədə fikirlərin ədalətli şəkildə ifadəsindən, bu məsələ ilə bağlı münasibətlərin müzakirəsindən məmnun qaldım. BMT çərçivəsində biz də müəyyən öhdəlik götürmüşük ki, lazım olan sahələrdə xoş əməlimizi göstərək, öz xidmətimizi təklif edək. Qeyd edim ki, BMT-nin bu sahədə qətnamələri də öz həllini tapmalıdır.

Biz hazırkı inkişaf barədə fikir mübadiləsi apardıq. Xüsusilə Avropa İttifaqında olan inkişaf barədə. Biz optimist bir şəkildə fikrimizi, əminliyimizi bildirdik ki, siyasi və iqtisadi münasibətlərimiz inkişaf edəcəkdir. Avropa İttifaqı da siyasi-iqtisadi cəhətdən öz gələcəyini təmin edəcəkdir. Bizim yaxınlaşmamız bu münasibətlər, bu əməkdaşlıq vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrə öz müsbət təsirini göstərir. Bu, Avstriya tərəfindən də dəstəklənir.

Cənab Prezident, Sizə təşəkkür edirəm. Suallar varsa, biz məmnuniyyətlə cavablandırmağa hazırıq. Əgər bu arzu edilirsə, biz suallar üçün açığıq.

SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:20
Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət...

19 dekabr 2024, 17:20
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:18
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük...

19 dekabr 2024, 17:18
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:16
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,...

19 dekabr 2024, 17:16
SƏNƏDLƏR Qanunlar 19 dekabr 2024
17:14
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu...

19 dekabr 2024, 17:14
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00