Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir

18 oktyabr 2011, 18:00

Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül Azərbaycan Respublikasının Prezidentini Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə Türkiyə Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər. 

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02