13:26
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Qonaq vurğuladı ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu dedi.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi.
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:50Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:37Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:33