İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23 iyul 2019, 11:51
İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

Səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd etdi. Bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarlının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu dedi. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişaflının mühüm göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzuladı.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:39
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 yanvar 2025, 16:39
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:37
“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...

15 yanvar 2025, 16:37
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2025
16:35
“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...

15 yanvar 2025, 16:35
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:33
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...

15 yanvar 2025, 16:33