18:00
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçdən
31 avqust 2019, 13:50Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri Zati-aliləri xanım Mehriban Əliyevaya
Zati-aliləri.
Ad gününüz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin.
Çoxşaxəli dövləti və ictimai fəaliyyətiniz, nadir təşkilatçılıq istedadınız, dərin erudisiya və böyük həyat enerjisi Sizə təkcə doğma dövlətinizdə deyil, onun hüdudlarından kənarda da layiq olduğunuz nüfuz, şərəf və ehtiram qazandırıb.
Ölkənizin iqtisadi potensialının və qüdrətinin möhkəmlənməsi, rifahının yüksəlməsi, həmçinin müxtəlif ölkələrin xalqları arasında dostluq əlaqələrinin genişlənməsi sahəsində Sizin səyləriniz Azərbaycan Respublikasının ictimai-siyasi həyatının inkişafına böyük töhfə verir.
Bu xoş fürsətdən istifadə edərək, dinamik şəkildə inkişaf edən Belarus-Azərbaycan əməkdaşlığına göstərdiyiniz diqqətə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, yeni nailiyyətlər və yüksək dövləti vəzifədə peşəkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Gennadi Axramoviç
Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri
18:00
16:52

16:11

15:31

15:07

14:20

13:30

12:28
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:2812:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:2611:30
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:3010:10
18:00
