Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğludan

10 sentyabr 2019, 19:00

Hörmətli Birinci vitse-prezident və birinci xanım.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmdə hörmətə layiq mövqeyə malikdir. Siyasi və iqtisadi sahədə mühüm irəliləyişlərə nail olan Azərbaycanın inkişafında və bu mövqeyə gəlib çatmasında Sizin rolunuz dərin hörmət hissi doğurur.

Öz gücünü müştərək dil, mədəniyyət, tarix və könül birliyindən alan əlaqələrimizin bütün sahələrdə dərinləşərək gələcəyə aparılacağına və qardaş xalqlarımız arasındakı həmrəylik hissinin güclənməkdə davam edəcəyinə qəti əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı çatdırıram.

Dərin hörmətlə,

Mövlud Çavuşoğlu

Türkiyə Respublikasının Xarici İşlər naziri 

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50