12:08
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.
12 fevral 2025, 12:08Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yenidənqurma tədbirləri barədə məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.
Paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturları formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər və ləngimələr aradan qaldırılıb, bəzi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşıb, paralel yeni yollar açılıb və sair irəliləyişlərə nail olunub. Ümumilikdə, 2003-cü ildən bəri respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrdən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.
Sonda xatirə şəkli çəkdirildi.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.
12 fevral 2025, 12:08Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 11 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin...
11 fevral 2025, 16:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...
11 fevral 2025, 16:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...
11 fevral 2025, 16:08PDF yükləyin
11 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...
11 fevral 2025, 16:04Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün...
11 fevral 2025, 11:02Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və...
11 fevral 2025, 11:00