18:00
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni yaradılan istirahət parkı ilə tanış olub
13 sentyabr 2019, 15:10Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.
Dörd ay əvvəl paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.
Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə istirahət üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, “Zeytun” kafesi inşa edilib.
Heç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən birinə çevriləcək.









18:00
16:52

16:11

15:31

15:07

14:20

13:30

12:28
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:2812:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:2611:30
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:3010:10
18:00
