Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

13 sentyabr 2019, 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı.

Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.

Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.

Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.

Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.

Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.

Məktəbin kollektivi ilə görüşüb, onlara yeni dərs ilində uğurlar arzulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun.

XXX

Ümumiyyətlə, bu gün Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır.

Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər.

Telman Əliyev: Çox sağ olun ki, təşrif buyurub gəldiniz. Böyük işlər görmüsünüz. Yollarımız çox gözəldir. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Yollar barədə deyə bilərəm ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır.

Şirinxanım Abbasova: Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi adından Sizi salamlayırıq, Sizə minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə “Çox sağ olun!” deyirik. Sizin bu böyük işinizi yüksək qiymətləndiririk. Çox sağ olun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışıram. Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz.

Şirinxanım Abbasova: Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin, bax, bu qədər gördüyünüz işlər qarşısında biz də daha böyük səylə çalışacağıq, bütün qüvvə və bacarığımızı gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40