Allahverdi Mirzəyevdən, İsmayıllı, Azərbaycan
Çox hörmətli Mehriban xanım,
Heydər Əliyev Fondu hər zaman imkansız ailələrin, qayğıya ehtiyacı olan insanların yanında olub, onlara hərtərəfli kömək göstərib.
Mən İsmayıllı rayonunun Namazgah kəndində yaşayıram, I qrup əliləm. Qanımda olan xəstəliklə əlaqədar hər iki ayağım amputasiya olunub. Ailəm dörd nəfərdən ibarətdir. Oğlum “Beyin geriliyi” xəstəliyindən əziyyət çəkir, əlil uşaqdır.
Bizim kimi ailələrə dövlətimiz tərəfindən hər zaman göstərilən qayğı və diqqətə görə Prezidentimizə və Sizə təşəkkürümüzü bildiririk. Biz Sizin bu qayğınızı bu gün də his edirik. Belə ki, Siz ailəmizin ocağını yenidən yandırdınız, bizə yeni mənzil hədiyyə etdiniz, balalarımın ürəyini fərəh hissi ilə doldurdunuz.
Hörmətli Mehriban xanım, mənə və oğluma dövlətimizin səhiyyə qurumları tərəfindən daim qayğı göstərilir. İndi yaşamağa ümidim artıb və yaşamaq istəyirəm. Qızım oxuyub həkim olmaqla gələcəkdə əlillərə yardım etmək istəyir. Mənim ailəmdə bu ümid işığını Siz yandırmısınız. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Prezidentimizə və Sizə minnətdarıq. Allah Sizə kömək olsun!
Dərin hörmətlə,
Mirzəyev Allahverdi Qulamirzə oğlu
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Namazgah kəndi.