09 oktyabr 2019, 20:05

Novruz Əsədov və Rayihə Piriyevadan, İsmayıllı, Azərbaycan

Hörmətli Mehriban xanım,

Cənab Prezident İlham Əliyevin 2018-ci il 7 noyabr tarixli Sərəncamı ilə Basqal qəsəbəsində tikilmiş məktəb binasının açılış mərasimi keçirilib. Bu əlamətdar hadisə göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafı üçün bütün lazımi tədbirləri görür. Hazırda istifadəyə verilən bina əvvəlki binadan əsaslı şəkildə fərqlənir. Çox gözəl, keyfiyyətli tikilib. Burada ən müasir avadanlıqlar quraşdırılıb. Müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb.

Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində bütün istiqamətlər üzrə dayanıqlı nailiyyətlər qazanılmışdır. Basqal qəsəbəsində istifadəyə verilən yeni məktəb binası dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir. Prezidenti olduğunuz Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən təhsil sahəsindəki fəaliyyət proqramına güclü dəstək verir.

Hörmətli Mehriban xanım, Basqal qəsəbə sakinləri adından Sizə dərin minnətdarlıq və ehtiramımızı çatdırır, Sizə və ailə üzvlərinizə cansağlığı, xeyirxah işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Basqal qəsəbə sakinləri adından

Əsədov Novruz Yunis oğlu,

Piriyeva Rayihə Yavər qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.