İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb

25 oktyabr 2019, 19:00
İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.

Cibuti Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İsmail Ömər Qelleh Azərbaycanın qonşu dövlətin təcavüzünə məruz qaldığını, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı tələbinin legitim xarakter daşıdığını vurğuladı. Dövlət başçısı Cibuti Milli Assambleyasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti Xocalıda baş verənlərin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını bildirdi. Dövlətimizin başçısı Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50