04 noyabr 2019, 16:10

Rial Vəliyevdən, Gəncə, Azərbaycan

Hörmətli Mehriban xanım.

Bu məktubunu yazmaqda məqsədim Azərbaycan xalqına olan xoş rəftarınıza, insanların bütün problemlərinə həssaslıqla yanaşmağınıza, onların sosial rifahının yaxşılaşmasına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etməkdir. Siz daim biz əlillərin qayğısına qalır, problemlərimizlə maraqlanır və dəstəyinizi bizdən əskik etmirsiniz.

Ailə başçısının itirilməsi ilə bağlı pensiyanın məbləğinin və biz hərbçilərin təqaüdlərinin artırılması vətəndaşların sosial rifahını yaxşılaşdırır. Göstərdiyiniz bu qayğıya görə Sizə və cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Vəliyev Rial Əli oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.