İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

15 noyabr 2019, 17:55
İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edib.

Rabbi Abraham KUPER dedi:

-Hesab edirəm ki, Sammitin özü heyrətamiz və uğurlu idi. Ümid edirik ki, Azərbaycan lider ölkə olaraq, sadəcə, danışmaqla yox, çoxkonfessiyalılıq, liderlik nöqteyi-nəzərdən özünün təqdim olunmasında səylərini davam etdirəcək. Biz buraya gələndə özümüzü evimizdəki kimi hiss edirik. Biz bilirik ki, bu, əsasən Sizin şəxsən rəhbərliyiniz və mərhum atanızın birgə səyləri nəticəsində mümkün olmuşdur.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, soydaşlarımızın öz doğma torpaqlarından qovulduğunu bildirdi.

Prezident İlham ƏLİYEV dedi:

-Bütün azərbaycanlılar torpaqlarından qovulmuşdur və bundan sonra ermənilər qeyri-qanuni, saxta referendum təşkil etdilər və heç kim onun nəticələrini tanımır. O vaxtdan bəri onlar bir neçə dəfə saxta referendumlar təşkil etmiş, lakin Minsk qrupunun həmsədr ölkələri olan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın hökumətləri bunu açıq şəkildə pisləmişdir. Onlar bizim məscidlərimizi dağıtmış, lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir. Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur.

Rabbi Abraham Kuper: Lakin orada antisemitizm var.

Prezident İlham Əliyev: Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırdım, çünki onu əvvəlki hökumət ucaltmışdı. Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər.

Rabbi Abraham Kuper: Xüsusilə, bildiyimiz kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə də sonuncu toplantı keçiriləcək. Dəqiq desək, keçmiş Sovet İttifaqı ölkələrinin əksər rəhbərləri, onlara bunun baha başa gəlməsinə baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin sıralarına qoşulmasını təmin etmək üçün münasib vaxtdır. Əfsuslar olsun ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır.

Prezident İlham Əliyev: Tamamilə doğrudur. Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik. Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:39
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 yanvar 2025, 16:39
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:37
“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...

15 yanvar 2025, 16:37
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2025
16:35
“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...

15 yanvar 2025, 16:35
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:33
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...

15 yanvar 2025, 16:33
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2025
16:31
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan...

15 yanvar 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2025
16:27
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya...

15 yanvar 2025, 16:27