15:52
PDF yükləyin
10 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə məlumat verdi ki, “Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.
Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan “Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.
Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar digər sahələrlə yanaşı, mədəniyyət sferasını da əhatə edib. Bu islahatların səmərəli nəticələrini isə istər mədəniyyət sahəsində çalışanların sosial-rifah halının yaxşılaşdırılmasında, yeni mədəniyyət obyektlərinin inşasında və mövcud olanların müasir səviyyəyə çatdırılmasında, istərsə də, bu sferanın maddi-texniki bazasının möhkəmlənməsində aydın görmək olar. Ölkəmizdə bu istiqamətdə icra olunan layihələr isə davamlı xarakter alıb. Sumqayıtda “Nizami” kinoteatrı üçün yeni binanın inşası bunu bir daha göstərir. Bu cür layihələrin həyata keçirilməsi yeni mədəniyyət ocaqlarının yaradılması baxımından ölkəmizdə görülən işlərin ardıcıllığını nümayiş etdirir. Eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında belə mədəniyyət ocaqları mühüm rol oynayır.
PDF yükləyin
10 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və...
10 fevral 2025, 15:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12