Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olub

24 noyabr 2019, 23:25
Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də Dövlət Tretyakov Qalereyasında olub.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hazırda davam edən 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olublar.

Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşıladılar.

Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verdi.

Bildirildi ki, biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edirlər. Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakovdur. Müəllif bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq asan olmadığından sərgi “Məkan oriyentasiyası” adlandırılıb. “Məkan oriyentasiyası” mövzusuna həsr olunan Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış oldu.

Orxan Məmmədovun təqdim etdiyi installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

Qeyd olundu ki, Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26