İlqar Rəhimovdan, Bakı, Azərbaycan
Hörmətli Mehriban xanım.
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsi tərəfindən “Yenilməzlər” beynəlxalq qala təqdimat keçirildi. Sizin və rəhbərlik etdiyiniz Fondun göstərdiyi dəstək tədbirin əhəmiyyətini daha da artırdı, tədbir geniş ictimai rezonans doğurdu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu tədbirdə iştirakı paralimpiyaçılarımıza ruh yüksəkliyi verməklə yanaşı, ölkə ictimaiyyətinin diqqətini bu tədbirə yönəldərək, daha geniş kütlənin paralimpiya dəyərləri barədə məlumat almasında səbəb oldu.
Hörmətli Mehriban xanım, paralimpiyaçılaımıza göstərdiyiniz diqqət və qayğıya görə paralimpiya ailəsi adından Sizə dərin təşəkkürümüzü və ən xoş arzularımızı bildiririk.
Hörmətlə,
İlqar Rəhimov, Milli Paralimpiya Komitəsinin prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.