27 yanvar 2020, 12:30

Əntiqə Hümbətovadan, Goranboy, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən şəhid ailəsinin üzvüyəm. Əlil arabasına ehtiyacım olduğu üçün bir müddət əvvəl bununla bağlı Sizə müraciət etmişdim. Müraciətimdən sonra qısa müddətdə əlil arabasını evimə gətirib mənə təqdim etdilər. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Hümbətova Əntiqə Bəşir qızı.

Azərbaycan Respublikası, Goranboy rayonu, Təhlə kəndi.