12:50
İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
14 fevral 2020, 11:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.
Baş katibi salamlayan Prezident İlham Əliyev dedi:
-Sabahınız xeyir, xoş gördük.
Baş katib Vladimir Norov: Sabahınız xeyir. Qrafikinizin sıxlığına baxmayaraq, görüşmək üçün imkan tapdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim.
Prezident İlham Əliyev: Sizi görməyə şadam. Mənə görüş haqqında dedilər. Görüşməyə həmişə şadıq, üstəlik, artıq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata dialoq üzrə tərəfdaş qismində qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq.
Baş katib Vladimir Norov: İlham Heydər oğlu, deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir. Qeyd edim ki, aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır. Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq.
x x x
Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olundu. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirildi və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırıldı. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edildi.
Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, təşkilatın bütün üzv ölkələri ilə yaxşı münasibətlərə malik olduğu vurğulandı.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10