Paşa Paşayevdən, Daşkəsən, Azərbaycan
Çox hörmətli Mehriban xanım.
Koronavirus pandemiyasının bütün dünyada böyük problemlərə səbəb olduğu bir vaxtda ölkəmizdə xəstəliyin yayılmasının qarşısının alınması üçün görülən tədbirlər təqdirəlayiqdir. Çox hörmətli Prezidentimizin və Sizin açılışlarında iştirak etdiyiniz tibb mərkəzi və tibbi maska istehsalı müəssisəsi ölkəmizdə bu xəstəliklə dövlət səviyyəsində ciddi mübarizə aparıldığını bir daha göstərdi. Vaxtında atılan addımlar, verilən qərarlar, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və hörmətli Prezidentimizin bir illik əməkhaqlarınızı həmin fonda köçürməyiniz, həmçinin əhalinin sağlamlığının qorunması üçün insanların evdə qalmaları ilə bağlı xalqa müraciətləriniz cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Hörmətli Birinci vitse-prezident, inanırıq ki, görülən qabaqcıl və səmərəli tədbirlər sayəsində ölkəmizdə bu virusun yayılmasının qarşısı tamamilə alınacaq və həyat öz əvvəlki axarı ilə davam edəcəkdir. Görülən bütün işlərə görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Paşayev Paşa.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.