Tünzalə Həmidovadan, Daşkəsən, Azərbaycan
Çox hörmətli Birinci vitse-prezident.
Hazırda dünya koronavirus kimi ölümcül bəla ilə üz-üzədir. Dünyanın kifayət qədər inkişaf etmiş ölkələri bu virus qarşısında aciz qalıb. Bütün bunlara baxmayaraq, ölkəmizdə koronavirusla bağlı vəziyyət nəzarət altında saxlanılır. Azərbaycan dövlətinin bu xəstəliklə mübarizə sahəsində gördüyü tədbirlər beynəlxalq aləmdə nümunə kimi qəbul edilir. Çox sevinirik ki, görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə virusun geniş yayılmasının qarşısı alınıb. Virusun vurduğu zərərin aradan qaldırılması üçün dövlət tərəfindən əməli addımlar atılıb və atılır.
Hörmətli Mehriban xanım, çox sevinirik ki, Siz belə çətin vəziyyətdə də vətəndaşlarımızdan qayğınızı əsirgəmirsiniz. Görülən tədbirlər dövlətimizin daim öz vətəndaşının yanında olduğunu bir daha sübut edir. Koronavirusla əlaqədar ölkəmizdə görülən bütün işlərə görə Sizə və cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Həmidova Tünzalə.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.