20 aprel 2020, 18:45

Nühanə Həsənovadan, Goranboy, Azərbaycan

Hörmətli Mehriban xanım.

Biz şəhid ailələri həmişə dövlətimizin, Prezidentimizin və Sizin qayğınızı hiss etmişik. Dünyanı bürüyən koronovirus təhlükəsi ilə üz-üzə qalanda da Prezidentimizin və Sizin xalqımızın yanında olmağınız bizi sevindirir və ruhlandırır. İmkansız ailələrə 190 manat maddi yardımın olunmasını və digər xeyirxah əməllərinizi alqışlayırıq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonumuzda ehtiyaclı 450 ailəyə ərzaq yardımı verildi. Biz şəhid ailələri də bu paydan aldıq. Mən bütün şəhid ailələri adından Prezidentimizə və Sizə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi qorusun.

Dərin hörmətlə,

Şəhid anası Həsənova Nühanə Musa qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi.