Xalid Xəlilovdan, Quba, Azərbaycan
Hörmətli Mehriban xanım.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə layiqli formada çatdırılması sahəsində gördüyünüz işlərin həddi-hüdudu yoxdur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həmçinin əhalinin sağlamlığının qorunması üçün insanlara evdə qalmaları ilə bağlı müraciətləriniz cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Çox hörmətli Birinci vitse-prezident, inanırıq ki, görülən qabaqcıl və səmərəli tədbirlər nəticəsində virusun qarşısı tezliklə alınacaq və həyat öz əvvəlki axarı ilə davam edəcəkdir. Görülən bütün işlərə görə Sizə təşəkkür edirik. Biz hər zaman Sizinləyik. Uca Allah Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Xəlilov Xalid Məcid oğlu
Azərbaycan Respublikası, Quba şəhəri.