23 aprel 2020, 11:40

İbad Ələkbərovdan, Bakı, Azərbaycan

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Hələ pandemiya dövründən illər əvvəl, həm də indiki koronavirus dövründə Sizin Vətənimiz üçün etdikləriniz danılmazdır. Siz millətimizə, dövlətimizə böyük dəstək verirsiniz, milyonlarla insanın ümid mənbəyi olaraq qalırsınız. Yüz minlərlə insanın yaşam səbəbisiniz. Bir vətəndaş olaraq ölkə daxilində və xaricində daim Azərbaycanın maraqlarını üstün tutduğunuz və təbliğ etdiyiniz üçün Sizə minnətdaram.

Siz hər şeydən əvvəl bir Azərbaycan qadını, bir anasınız. Vətəndaşlara ana qayğısı ilə yanaşmağınız yalnız təqdir oluna bilər. Siz daim dərdlilərin dərmanı, zəiflərin qalxanı olmusunuz. Allah Sizi və ailənizi qorusun. İnanıram ki, yaxın gələcəkdə cənab Prezidentimizin və Sizin müdrikliyiniz, iradəniz sayəsində pandemiya bəlasından da qurtulacağıq. Allaha əmanət olun. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ələkbərov İbad İlham oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.