23 aprel 2020, 12:00

Hüseyn Abdullayevdən, Füzuli, Azərbaycan

Hörmətli Mehriban xanım.

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya bütün dünya dövlətləri kimi, Azərbaycanı da sınağa çəkib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür. Hər zaman olduğu kimi, bu çətin günlərdə də möhtərəm Prezidentimiz xalqımızın sağlamlığı, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim dövlətimizin diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin hər bir vətəndaşımızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyi bu tədbirlər, yorulmaz fəaliyyəti hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz hər an dövlətimizin yanımızda olduğunu hiss edirik. Azərbaycan xalqı öz Prezidenti ilə güclüdür. Biz Sizə güvənirik və inanırıq, hər zaman dövlətimizin yanındayıq. Heç bir qüvvə dövlətlə xalqın birliyi qarşısında duruş gətirə bilməz. Allah Sizə və ailənizə möhkəm cansağlığı versin.

Hörmətli Mehriban xanım, biz möhtərəm Prezidentimizlə və Sizinlə fəxr edirik. Siz Allahdan xalqımızı qorumasını dilədiyiniz kimi, biz də deyirik ki, Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Abdullayev Hüseyn Həsən oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.