Elmira İsayevadan, Göyçay, Azərbaycan
Hörmətli Mehriban xanım.
Ölkədə tətbiq olunmuş karantin rejimi dövründə rəhbərlik etdiyiniz və Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun başlatdığı və “Biz birlikdə güclüyük!” şüarı ilə keçirilən aksiya böyük vətəndaş həmrəyliyinə səbəb oldu. Aksiya çərçivəsində biz ahıl vətəndaşların və şəhid ailələrinin diqqət mərkəzində saxlanılması Sizin nəcib əməllərinizin, mərhəmətinizin və qayğıkeş münasibətinizin ifadəsidir.
Əziz Mehriban xanım, Prezidentimizlə çitin-çiyinə yorulmadan daim xalqımızın yanında olmağınız, koronavirus infeksiyasına qarşı birgə mübarizə aparmağınız Sizə olan inamımızı daha da artırdı. Tam əminik ki, Sizlərin sayənizdə ölkəmizdə aparılan siyasət nəticəsində xalqımız tezliklə bu bəladan qurtulacaq və Azərbaycanda həyat öz əvvəlki axarı ilə davam edəcək.
Dərin hörmətlə,
İsayeva Elmira, şəhid anası.
Azərbaycan Respublikası, Göyçay rayonu.