25 aprel 2020, 17:10

Nurəddin Abdullayevdən, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Ailəmiz adından bu məktubu Sizə sevinc, minnətdarlıq hissi ilə yazıram. Mən ağır qan xəstəliyi hemofiliya nəticəsində 1-ci qrup əlil olmuşam. Sizə ailə vəziyyətimizin ağır olması ilə əlaqədar məktub ünvanlamışdım. Qısa bir zamanda məktubuma müsbət cavab verildi və Heydər Əliyev Fondunun nümayəndələri ailəmi ərzaq və maddi yardımla sevindirdilər.

Biz hər zaman Sizdən və Prezidentimiz İlham Əliyevdən diqqət və qayğı görmüşük. Allah Sizə və ailənizə yar olsun.

Hörmətlə,

Abdullayev Nurəddin Ramiz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.