27 aprel 2020, 17:00
Kəmalə Hüseynovadan, Lənkəran, Azərbaycan
Hörmətli Mehriban xanım.
Çox sağ olun ki, mərhəmətinizi xalqdan heç vaxt əsirgəmirsiniz, daim xalqın yanındasınız. Bu, bizi çox sevindirir.
Ulu öndər Heydər Əliyev bizim böyük xilaskarımız olub. Şükürlər olsun ki, onun adını daşıyan Fond Sizin rəhbərliyinizlə Ulu Öndərin xalqımıza xidmətini bu ağır günlərdə də böyük uğurla davam etdirir.
Bizə verilən ərzaq yardımına görə Sizə hədsiz minnətdarıq. Çox sağ olun. Allah Sizdən razı olsun.
Hörmətlə,
Hüseynova Kəmalə Məmmədağa qızı.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.