27 aprel 2020, 19:40

Afaq Möyləyeva və başqalarından, Samux, Azərbaycan

Hörmətli Mehriban xanım.

Koronavirus pandemiyası dünyaya, o cümlədən hegemon dövlətlərə sanki müharibə elan edib. Qlobal böhrana baxmayaraq, cənab Prezidentimizin və Sizin uzaqgörən siyasətiniz, qəti mövqeyiniz və misilsiz işləriniz sayəsində ölkəmizdə vəziyyət nəzarət altındadır.

Son günlərdə Samux rayonunun Sərkar kəndinin sakinlərinə göstərdiyiniz qayğı göz önündədir. Sərkar kəndində üçmərtəbəli, 800 yerlik müasir məktəbin və 100 yerlik uşaq bağçasının tikilməsi bizə olan böyük qayğının təzahürüdür. Biz də hər zaman Sizin yanınızdayıq. Doğrudan da biz birlikdə hər zaman güclüyük. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Möyləyeva Afaq Şəmistan qızı

İsrafilova Məfkurə İsrafil qızı

Əsgərova Almaz Cahangir qızı

Ələkbərov Ələkbər Allahverdi oğlu

Rzayeva Afət Qisim qızı

Nəsibova Cəlalət Vaqif qızı

Verdiyeva Gülnaz Əlixan qızı

Nəsibova Rasimə Zülfüqar qızı.

Azərbaycan Respublikası, Samux rayonu, Sərkar kəndi.