27 aprel 2020, 20:10

Mahirə Məmmədova və Qənirə Əliyevadan, Samux, Azərbaycan

Hörmətli Mehriban xanım.

Xalqımızın keçirdiyi bu ağır sınaq dövründə vətəndaşlara göstərdiyiniz yüksək diqqətə, qayğıya və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Dünyanı bürümüş koronavirus pandemiyası böyük dövlətləri aciz qoyduğu bir vaxtda cənab Prezidentimizin və Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycan bu bəlanın öhdəsindən az itkilərlə gəlməkdədir. Xalqımıza etdiyiniz müraciətlərinizə, göstərdiyiniz maddi və mənəvi köməyə görə çox sağ olun.

Heydər Əliyev Fondu tərəfindən Samux rayonundakı aztəminatlı və imkansız ailələrə edilən ərzaq yardımı insanların Sizə olan inamını daha da artırdı. Xalq olaraq hər zaman Sizə güvənirik.

Hörmətlə,

Məmmədova Mahirə Əmir qızı

Əliyeva Qənirə Yaqub qızı.

Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi.