27 aprel 2020, 20:20

Həmzə Həmzəyevdən, Samux, Azərbaycan

Hörmətli Mehriban xanım.

Bütün dünyanın və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə göstərdiyiniz nümunəvi vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hətta dünyanın ən inkişaf etmiş dövlətlərinin tədbir görməkdə gecikdiyi bir məqamda möhtərəm Prezidentimizin və Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxacağımıza zəmin yaratdı. Siz insanlara çox kömək edirsiniz, bunu hamı bilir. Allah Sizdən razı olsun.

Koronavirusun yayılması ilə əlaqədar xalqa müraciətləriniz bir daha sübut etdi ki, Siz hər zaman insanların yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməməsi üçün bu müraciətləriniz çox vacib idi və Siz bunu etdiniz. Bir daha əmin olduq ki, ən çətin günlərdə belə güvənə biləcəyimiz Prezidentimiz və Sizin kimi humanist rəhbərlərimiz var.

Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən Samux rayonundakı aztəminatlı və imkansız ailələrə ərzaq yardımının edilməsi bu ailələrin dövlətimizə inamını daha da artırdı. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Həmzəyev Həmzə, Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Samux rayonu.