29 aprel 2020, 14:00
Mirzəkərim Tağıyevdən, Daşkəsən, Azərbaycan
Çox hörmətli Birinci vitse-prezident.
Ölkəmizdə koronavirusla bağlı vəziyyət Sizin və möhtərəm Prezidentimiz İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının qorunması üçün bütün zəruri addımlar atılır, qabaqlayıcı tədbirlər görülür. Bütün dünyada həyəcana səbəb olan infeksiya ilə əlaqədar hazırda Azərbaycanda pandemik vəziyyət müşahidə olunmur.
Görülən tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir. Buna görə Sizlərə dərin təşəkkürümü bildirirəm.
Dərin hörmətlə,
Tağıyev Mirzəkərim.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.