30 aprel 2020, 10:05

Nail Səfərovdan, Lənkəran, Azərbaycan

Hörmətli Mehriban xanım.

Sizin rəhbərlik etdiyiniz və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xeyirxah təşəbbüsləri bütün dünyaya nümunədir. Yaşlı insanlar, xəstə uşaqlar Fondun xətti ilə müalicə alıb sağalır, övladlarımızın təhsili üçün yaxşı şərait yaradılır, mədəniyyətimiz, incəsənətimiz təbliğ olunur. Biz bilirik ki, bütün bu işlər Sizin müdrikliyinizdən irəli gəlir və insanları birliyə, həmrəyliyə çağırır.

Sizin təşəbbüsünüzlə bu günlərdə keçirilən xeyriyyə aksiyaları (“Biz birlikdə güclüyük” kimi) daha çox alqışalayiqdir. Çünki hazırda insanların birliyə, həmrəyliyə, qarşılıqlı dəstəyə heç vaxt olmadığı qədər daha çox ehtiyacı var. Sizin bu təşəbbüslərinizi ürəkdən bəyənir və dəstəkləyirik. Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Səfərov Nail İsmayıl oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Bolafi kəndi.