04 may 2020, 16:00

Xaləddin və Münəvvər İsgəndərovlardan, Samux, Azərbaycan

Hörmətli Mehriban xanım.

Bütün dünyanın ağır sınaqlardan keçdiyi bir dövrdə xalqımıza göstərdiyiniz nümunəvi vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbirlər görməkdə gecikdiyi bir məqamda möhtərəm Prezidentimizin və Sizin göstərdiyiniz diqqət və qayğı bizim bu sınaqdan da üzüağ çıxacağımıza zəmin yaradır. Siz insanlara çox kömək edirsiniz, bunu hamı bilir. Allah Sizdən razı olsun.

Xalqımıza koronavirusla bağlı müraciətləriniz bir daha sübut etdi ki, Siz hər zaman insanların yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciətləriniz çox vacib idi. Bir daha əmin olduq ki, ən çətin günlərdə belə güvənə biləcəyimiz Prezidentimiz və Sizin kimi humanist rəhbərlərimiz var.

Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, o cümlədən Samux rayonunda olan aztəminatlı ailələrə göndərdiyiniz ərzaq yardımı həmin insanların dövlətimizə inamını daha da artırdı.

Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız.

Dərin hörmətlə,

İsgəndərov Xaləddin Şəmil oğlu

İsgəndərova Münəvvər Cəmil qızı, Milli Qəhrəman valideynləri.

Azərbaycan Respublikası, Samux rayonu.