Gülbəniz Əliyeva və başqalarından, Lənkəran, Azərbaycan
Hörmətli Mehriban xanım.
Koronavirus pandemiyası dünyanın bütün ölkələrini eyni amal uğrunda birləşməyə sövq etdi. Bu gün dünyanın 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ilə üz-üzə qalan Azərbaycan bir çox digər ölkələrlə müqayisədə daha az itki verdi. Sizin dəstəyinizlə görülən tədbirlər inkişaf etmiş ölkələrdə nümunə kimi tətbiq olunur. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Əhalinin həssas qruplarına aid tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsi, digər sosialyönümlü tədbirlərin gücləndirilməsi bütün xalqımız tərəfindən qürur hissi ilə qarşılanır. Siz xalqımız və bütün dünya üçün bu ağır dönəmdə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlər görürsünüz.
Xalqımızın firavanlığı üçün yorulmadan çalışdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizin bütün təşəbbüslərinizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Müstəqil Azərbaycanımızın inkişafı uğrunda gələcək işlərinizdə Sizə yeni nailiyyətlər arzulayırıq.
Lənkəran Dövlət Universitetinin bütün qadın əməkdaşları adından dərin hörmətlə,
Əliyeva Gülbəniz
Məmmədova Aygün
Babayeva Ülkər və başqaları.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.