11 may 2020, 12:15
"Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin üzvlərindən, Bakı, Azərbaycan
Hörmətli Mehriban xanım.
Dünyanı ağuşuna almış COVID-19 virusu ilə əlaqədar tətbiq edilmiş karantin dövründə xalqımıza göstərdiyiniz maddi və mənəvi yardıma, böyük qayğıya görə "Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Bakı şəhər təşkilatının hər bir üzvü adından Sizə minnətdarlığımızı bildirir və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Ulu öndər Heydər Əliyevin siyasi kursu əbədi və dönməzdir devizi ilə irəliləyən ictimai birliyimizin üzvləri hər zaman sizinlədirlər. Güc birlikdədir!
Hörmətlə,
"Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Bakı şəhər təşkilatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.