Gürcüstanın keçmiş Prezidenti Eduard Şevarnadze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir

23 dekabr 2011, 16:00

Dekabrın 23-də Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Eduard Şevardnadze dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Eduard Şevardnadzeyə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Eduard Şevardnadzenin ulu öndərlə dostluq münasibətləri məmnunluqla xatırlanmışdır. 

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02