20:00
![İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib](https://static.president.az/upload/960x572/2025/02/07/0228110323606baef69f58dd6f13e0c5_3600695.jpg)
Prezident İlham Əliyev İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Hoşyar Zebari İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Hoşyar Zebari beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyətinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xalqlarımızın uzun illər yaxın dostluq əlaqələrinə və birgə mədəniyyətə malik olduğunu vurğulayan İraqın xarici işlər naziri hazırda bu əlaqələri fəal şəkildə daha da genişləndirməyin zəruriliyini qeyd etdi.
İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğuladı.
Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu bildirdi.
Prezident İlham Əliyev yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini qeyd etdi. Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlətimizin başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirdi. Dövlət başçısı bu günlərdə İraqda törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirdi, bununla əlaqədar İraq xalqına başsağlığı çatdırmağı xahiş etdi. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluğunu bildirən Prezident İlham Əliyev BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən müzakirələrdə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi zaman keçirilən səsvermədə İraqın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22