Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir

23 dekabr 2011, 18:48

Dekabrın 23-də Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Polşa Prezidenti dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Bronislav Komorovskiyə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Telefon söhbəti zamanı Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi bir daha vurğulanmış, dövlət başçıları səviyyəsində görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02